Samqori rayonunda 56 ailə simvolik qiymətə mənzillə təmin olundu

Tbilisi meri Samqori rayonunda yaşayan 56 ailəyə mülkiyyət şəhadətnamələrini təqdim edib. Həmin ailələrə arayışlar illərlə yaşadıqları yaşayış sahələri qanuniləşdirildikdən sonra verildi.

56 ailənin hamısı mənzilləri bələdiyyədən bir lari simvolik qiymətə alıb.

“Bu gün biz Samqori rayonunda 56 ailəyə bir lari simvolik qiymətə mənzil verdik. Onlara mülkiyyət sertifikatları verdik. Onlar çox xoşbəxt idilər və biz də təbii ki, razıyıq. Kifayət qədər uğurlu olan bu proqramı davam etdiririk. Bu, 2017-ci il üçün seçki vədimiz idi. Təxminən 2000-dən çox ailə razıdır, 300 milyon əmlak təhvil verilib. Oxşar problemi olanlara müraciət edirəm, yaşadıqları rayon idarəsinə mütləq müraciət etsinlər. Biz mənzillərin leqallaşdırılması ilə bağlı oxşar problemi olanlara mütləq kömək edəcəyik, hər cür onların yanında olacağıq”, – deyə Kaxa Kaladze bildirib.