Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin direktoru Quram Zesaşvili Sameqrelo bölgəsində, Xobi Munisipalitetinin Sacicao kəndində yeni polis binasının açılışını edib.
Daxili İşlər Nazirliyinin məlumatında, polis binasının müassir standartlara uyğun tikildiyi və ən müasir avadanlıqla təchiz edildiyi deyilir.
“Sacicaoda indiyədək polis binası yox idi. Şöbədə işlə təmin olunmuş polis əməkdaşları Xobi Munisipalitetinin beş kəndinə xidmət göstərəcəklər.
Binada detektiv və müstəntiqlər üçün iş otaqları, sübutların saxlanılması üçün otaqlar, eləcə də əməkdaşlar üçün istirahət otaqları yaradılıb. Bina xüsusi ehtiyacları olan məhdud imkanlı şəxslər üçün uyğunlaşdırılıb.
Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri polis infrastrukturunun yenilənməsi və hüquq-mühafizə orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılmasıdır, bundan irəli gələrək son illər ərzində ölkə miqyasında bir sıra yeni polis binalarının açılışı edilib” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Qurumda, Daxili İşlər Nazirliyinin kriminal polis islahatı çərçivəsində infrastruktur layihələrini gələcəkdə də davam etdirəcəyi deyilir.