Sameqreloda daşmış Texura çayı Birləşmiş Su Təchizatının infrastrukturuna ziyan vurub, 32 mindən çox istifadəçiyə suyun verilməsi məhdudlaşıb
Sameqreloda iqlim şəraitinin pisləşməsi nəticəsində daşmış Texura çayı Birləşmiş Su Təchizatının infrastrukturuna ziyan vurub. Məlumatı su təchizatı şirkəti yayır.
Verilmiş məlumatda təbii fəlakət nəticəsində Senaki şəhərini su ilə təchiz edən 300 mm-lik və Poti şəhərini su ilə təchiz edən 700 mm-lik iki mərkəzi borunun zərər gördüyü deyilir.
“Bu mərhələdə relyefin çətinliyi və suyun bolluğu səbəbindən dəymiş ziyanı aradan qaldırmaq mümkün deyil. Ağır meteoroloji şəraiti nəzərə alaraq, zədələnmiş infrastrukturun bərpası mümkün deyil. Texura çayının daşması fonunda şirkətin texniki xidməti hələ də zərərin olduğu yerə gedib çata bilmir.
Buna baxmayaraq, Birləşmiş Su Təchizatı Şirkətinin Sameqrelo Xidmət Mərkəzinin əməkdaşları əhalinin su təchizatının tez bir zamanda bərpa olunması üçün aktiv şəkildə işləyirlər. Təbii fəlakət nəticəsində Senaki və Poti şəhərinin 32 mindən çox istifadəçisinin su təchizatı məhdudlaşdırılıb. Şirkət yaranmış narahatlığa görə üzr istəyir”- deyə məlumatda bildirilir.