Sameqreloda azyaşlının zorlanması ittihamı ilə yaxalanan ata-balaya qarşı həbs qətimkan tədbiri seçildi
Senaki Rayon Məhkəməsi azyaşlının zorlanması ittihamı ilə yaxalanan ata-balaya qarşı həbs qətimkan tədbirini seçdi.
Müttəhimlər məhkəmə prosesində iştirak edirdilər. Onların hüquqlarını Hüquq Xidmətinin üç vəkili müdafiə edir. İttiham olunanlar günahlarını etiraf etmirlər və susmaq hüququndan istifadə edirlər.
Hüquqmühafizəçilər B.Q. və Z.Q.-nı 23 iyunda yaxaladılar. Onlara ittiham Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin dördüncü hissəsinin “q” bəndi ilə irəli sürüldü. Z.Q.-ya isə, həmçinin Gürcüstan Cinayət Məcəlləsinin 138-ci maddəsinin üçüncü hissəsinin “q” bəndi ilə irəli sürüldü.
Hər iki şəxsə qarşı irəli sürülən ittiham cəza şəklində 15-dən 20 ilədək və ya ömürlük azadlıqdan məhdrum etməni nəzərdə tutur.