Sameqrelo-Zemo Svanetidə 27 məktəb tədrisin distansiyalı rejiminə keçdi
Sameqrelo-Zemo Svanetidə 27 məktəb tədrisin distansiyalı rejiminə keçdi

Koronavirusun hallarına görə, Sameqrelo-Zemo Svanetidə 27 məktəb tədrisin distansiyalı rejiminə keçdi. Bu barədə məlumatı bölgə administrasiyası yayır.

İctimai Sağlamlıq Mərkəzinin rəhbərinin rekomendasiyası ilə, Qanmuxuri bu gündən tədrisin distansiyalı rejiminə keçdi.

Bununla yanaşı, cümə günü aşkar edilən hallara görə, bu gündən 30 aprelə qədər, Zuqdidinin 4 saylı məktəbi tədrisin distansiyalı rejiminə keçdi.

Bugünki göstəricilərlə, bölgə miqyası ilə, tədrisin distansiyalı rejiminə cəmi 27 məktəb və müxtəlif məktəbin 26 sinifi keçib. Bununla yanaşı, koronavirus səbəbindən, 20 uşaq bağçası bağlanıb.