Sameqrelo-Zemo Svaneti və Samtsxe-Cavaxeti Polis Departamentlərinin yeni rəhbərləri var
Daxili İşlər nazirinin müavinləri, Vladimer Bortsvadze və Şalva Bedoidze Sameqrelo-Zemo Svaneti və Samtsxe-Cavaxeti Polis Departamentləri əməkdaşlarına yeni rəhbərlərini təqdim etdilər.
DİN-in məlumatına görə, Sameqrelo-Zemo Svaneti Polis Departamentinə polis polkovniki, Quram Zesaşvili rəhbərlik edəcək, Samtsxe-Cavaxeti Polis Departamentinə isə, polkovnik Nikoloz Diasamidze rəhbərlik edəcək.
Nazir müavinləri yeni təyin olunan Polis Departamentlərinin yeni rəhbərlərinə uğurlar arzuladılar. Bu vaxta qədər Disamidze Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin direktoru vəzifəsini tuturdu. Quram Zesaşvili isə, Samtsxe-Cavaxeti Polis Departamentinin direktoru idi.