Sameqrelo bu il "Gizli Şaxta baba ol" layihəsinə qoşulub
Sameqrelo bu il "Gizli Şaxta baba ol" layihəsinə qoşulub

 

Sameqrelo bu il “Buckswood Volunteers’ Club”ın “Gizli Şaxta baba ol” layihəsinə qoşulub.

Layihə çərçivəsində sosial cəhətdən həssas 150-dək gəncin arzularını yerinə yetirmək mümkün olub.

Proses Sameqrelo bölgəsində “Gənclər Şurası” tərəfindən təşkil olunub.

Qeyd edildiyi kimi, məktublar əsasən ərzaq məhsulları, şirniyyat və oyuncaqlar haqqında olub.

“Buckswood Volunteers’ Club” artıq yeddinci ildir ki, sosial cəhətdən həssas uşaqların Yeni il istəklərini yerinə yetirmək üçün layihə həyata keçirir.