Sameqrelo bölgəsində polis qəsdən adam öldürmək faktı üzrə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü M.K.-nı saxlayıb.
“İstintaqla müəyyən edilib ki, Martvili munisipalitetində, qarşılıqlı mübahisə zəminində, qonşuluqda yaşayan 1964-cü il təvəllüdlü C. K.-nı ov tüfəngindən atəş açaraq yaralayıb. Aldığı xəsarətlər nəticəsində C.K. hadisə yerində dünyasını dəyişib.
Aparılmış istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi “isti izlər”lə saxlayıb. Polis cinayəti törədən silahı – ov tüfəngini sübut kimi götürüb”, – DİN-nin məlumatında deyilib.
Qəsdən adam öldürmək faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.