Sameba Kafedral Məbədində uşaqların növbəti xaç suyuna çəkmə mərasimi keçiriləcək
Sameba Kafedral Məbədində bu gün uşaqların 57-ci xaç suyuna çəkmə mərasimi keçiriləcək. Mərasim saat 17:00-da başlayacaq. Patriarx daha 630-a qədər uşağı xaç suyuna çəkəcək. Onlara şəhadətnamə və xaç veriləcək.
Bütün Gürcüstanın Katakikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya onlara xeyir-duasını verəcək. Onu, Sameba Kafedral Məbədində saat 20:00 üçün gözləyirlər.
Ümumxalq xaç suyuna çəkmə təşəbbüsü İkinci İliyaya məxsusdur. İlk mərasim 2008-ci ilin yanvarın 19-da keçirilib.