Şalva Xachapuridze - Saakaşvilinin səhhəti məhkəmədə iştirak etməyə imkan vermir, lakin o, prosesdə iştirak etmək üçün kifayət qədər istəklidir
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin vəkili Şalva Xachapuridze Saakaşvilinin dünən “Vivamed”in administrasiyasına müraciət edərək məhkəmə prosesində iştirak tələb etdiyini açıqlayıb.
Xachapuridze Mixeil Saakaşvilinin məhkəməyə gətirilib-gətirilməyəcəyinin hələlik bilinmədiyini qeyd edib.
Bununla belə, Şalva Xachapuridze Saakaşvilinin məhkəməyə aparılmayacağı təqdirdə, distansional bağlantı tələb edəcəklərini bildirib.
“Bu dəqiqəyə olan məlumata görə məhkəmənin arayışı yoxdur. Cənab Saakaşvilinin məhkəməyə gətirilib-gətirilməyəcəyi barədə köməkçi ilə danışmışam. Əgər məhkəmədə iştirak edə bilmirsə, o zaman tələbimiz onun distansional şəkildə qoşulması olacaq, bu da olmazsa o zaman məhkəmə gəlsin və burada keçirilsin. Hərçənd bu baxımdan da xahişimiz olacaq, cəmiyyətin görməsi üçün heç olmasa bir kameraya icazə verilsin. Bizim vəzifəmiz məhkəmənin bu insanın nə vəziyyətdə olmasını görməsidir. Onun səhhəti məhkəmədə iştirak etməyə imkan vermir, lakin o, prosesdə iştirak etmək üçün kifayət qədər istəklidir” – deyə Şalva Xachapuridze açıqlayıb.
Tbilisi Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə məhkəmə prosesi saat 13:00-a təyin edilib.