Şalva Xachapuridze Mixeil Saakaşvilinin məsələsi üzrə şahidlərin dindirilməsinin gələn həftə yekunlaşacağını ehtimal edir
Fikrimcə, hakim “heç-heçə” variantını oynadacaq və yəqin ki, Penitensiar Xidmətin vəsatətini təmin edəcək, hərçənd onun təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur- bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəkili Şalva Xachapuridze şəhər məhkəməsində proses bitdikdən sonra açıqlayıb.
Jurnalistlər Şalva Xachapuridzedən Penitensiar Xidmətin vəsatətinin nə dərəcə düzgün olduğunu soruşublar, vəkil isə cavabında qeyd edib “Penitensiar Xidmət Samxarauli ekspertizası təyin etmək istəsəydi, o, bir il dörd aydır həbsdədir, bunu azad şəkildə edə bilərdilər. Bütün bunlar hansısa yolla Saakaşvilinin azadlığa buraxılmasının qarşısını almaq cəhdidir”.
O, Penitensiar Xidmətin vəsatətinin təmin edilməsi üçün heç bir hüquqi əsasın olmadığını bildirir.
“Fikrimcə, hakim “heç-heçə” variantını oynadacaq və yəqin ki, Penitensiar Xidmətin vəsatətini təmin edəcək, hərçənd onun təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur”-deyə Xachapuridze bildirib.
Məsələnin müzakirəsinin nə vaxt yekunlaşacağına dair suala vəkil gələn həftə ola biləcəyini söyləyib.
“Fikrimcə, bir və ya ən çoxu iki iclasda yekunlaşdıracağıq” -deyə Xachapuridze açıqlayıb.