Şalva Xachapuridze - xarici ekspertlər Saakaşvilinin ağır pasiyent olub-olmaması və xəstəliyin cəzanın icrasına mane olub-olmaması suallarına cavab verməlidirlər
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze müdafiə etdiyi şəxsi bu gün BMT ekspertinin ziyarət edəcəyini bildirir.
Xaçapuridzenin jurnalistlərə verdiyi məlumata əsasən, amerikalı ekspert xüsusi istintaq xidmətinə baş çəkmək və Saakaşvilinin cəzaçəkmə müəssisəsində olduğunu əks etdirən kadrlara baxmaq istəyir.
Bununla yanaşı, vəkilin sözlərinə görə, ayın sonunda başqa bir işçi qrupu “Empatiya” mərkəzində Marina Cişkarianla bir araya gələcək və müəyyən xülasə hazırlayacaq.
“Bildiyiniz üzrə, BMT-nin eksperti Qoldsmit ölkədədir və o gec saatlarda ölkəyə gəlib və bu dövrdə Saakaşvili ilə bağlı araşdırma aparacaq . Digər iki ekspert üçün Səhiyyə Nazirliyindən icazə gözləyirik. Bir qayda olaraq, bu gün müəyyən cavab almalıyıq” – deyə Şalva Xaçapuridze bildirib.
Vəkil, xarici ekspertlərin iki əsas suala – Saakaşvilinin ağır pasiyent olub-olmaması və onun xəstəliyinin cəzanın icrasına mane olub-olmaması suallarına cavab verməli olduğunu bildirib.
“Bu iki sualdır və onun yüzə yaxın alt sualı var. Təbii ki, ekspertin son Amerika təlimatlarına əsaslanan psixiatriya üçün xüsusi testləri var. O, kifayət qədər geniş material gətirib. O, artıq müəyyən işlər görüb. Xanım Qiuli Alasania və distansional şəkildə onun ailə üzvləri ilə danışdı, bu insanları saatlar ərzində sorğulayırdı. Yalnız Saakaşvili ilə görüşdən sonra bütün bunlar barədə xülasə hazırlayacaq. Ümumilikdə, yekunda hər şeyi təsvir edəcək”- deyə Şalva Xaçapuridze bildirib.