Şalva Xaçapuridze - bütün şahidləri buraxırıq, cənab Urtkmelidzeni dindirəcəyik və ədliyyə nazirinin dindirilməsini tələb edəcəyik
Şalva Xaçapuridze - bütün şahidləri buraxırıq, cənab Urtkmelidzeni dindirəcəyik və ədliyyə nazirinin dindirilməsini tələb edəcəyik

 
Malxaz Urtkmelidze dünən qəribə açıqlamalar verdi. Hər şeyin həddi var, biz bütün şahidləri buraxırıq, cənab Urtkmelidzeni dindirəcəyik və ədliyyə nazirinin dindirilməsini tələb edəcəyik-bu barədə Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze açıqlayıb.

Vəkil bildirib ki, Malxaz Urtkmelidzenin ifadələrindən irəli gələrək, o bildiyini məhkəməyə deməlidir.

“Urtkmelidze hələ bir neçə ay əvvəl məhkəmə-tibbi ekspertiza təyin ediləcəyi ilə bağlı açıqlama vermişdi. Məhkəmə prosesində o deyir ki, Saakaşvili yemək yemir, yeyə bilmədiyini demir, yemədiyini deyir. Belə çıxır ki, onun nəsə məlumatı var, gəlib məhkəməyə məlumat versin, adi şahiddir. Təbii ki, onların təmin edəcəyini gözləmirəm, lakin vəsatət qaldırmalıyam. Biz bütün şahidləri buraxırıq, cənab Urtkmelidzeni dindirəcəyik və ədliyyə nazirinin dindirilməsini tələb edəcəyik”-deyə Xaçapuridze açıqlayıb.