Şalva Tadumadze - Məni kim yoxlayacaq? Əliboş vəkillərmi yoxsa korrupsioner siyasətçilərmi ?
Yoxlama (vetting) mənim tərəfimdən qəbul edilmiş minlərlə qərardır, onlar müxtəlif elektron platformalarda ictimai şəkildə dərc olunur və bütün vətəndaşlar üçün əlçatandır -bu haqda Gürcüstanın Ali Məhkəməsinin sədr müavini, hakim Şalva Tadumadze açıqlayıb.
Tadumadzenin dediyi kimi, onu kim yoxlamağa hazırlaşır? “Əliboş vəkillərmi yoxsa korrupsioner siyasətçilərmi ?”
“Siyasi qüvvələrə bağlı psevdo-ekspertlər bunu oxusalar, son müddəti pozmadan, yüksək əsaslandırma keyfiyyəti ilə qəbul etdiyim qərarlardakı dürüst və səriştəli yanaşmaları aydın görəcəklər. İqtisadi vəziyyətimə gəlincə, hamıya məlumdur ki, mənim 23 illik fasiləsiz vəkillik təcrübəm var. 12 il özəl sektorda çalışdım və ən yüksək maaş alan vəkillərdən biri hesab olunurdum; Son 11 ildir, indiyədək dövlət qulluğunda ən yüksək maaş alan vəzifələrdən birində çalışıram.
Buradaca xüsusilə qeyd etmək istərdim ki, siyasi maraq ucbatından qeyri-hökumət təşkilatlarının tələbi əsasında mənim və ailəmin əmlakının bəyannaməsi ilə bağlı hər il tam monitorinq aparılır və indiyədək müvafiq xidmət tərəfindən mənim bəyannaməmdə heç bir əhəmiyyətli pozuntu aşkar edilməyib” – Şalva Tadumadze bildirir.