Şalva Tadumadze daxili işlər nazirinin müavini, baş nazirin müavini Vaxtanq Qomelaurinin vəzifəsinə təyin edilib. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Şalva Tadumadze 2019-cu ildən indiyədək Gürcüstan Ali Məhkəməsi sədrinin müavini vəzifəsini tutub, eyni zamanda Ali Məhkəmənin ömürlük seçilmiş hakimi olub. Şalva Tadumadze 2018-2019-cu illərdə Gürcüstanın baş prokuroru vəzifəsini tutub, eyni zamanda Gürcüstan hökumətinin administrasiyasının rəhbəri vəzifəsində də işləyib.
Şalva Tadumadze 1998-ci ildə Tbilisi Humanitar İnstitutunu bitirmiş, hüquqşünas ixtisasına layiq görülmüşdür; 2006-cı ildə ümumi ixtisas üzrə vəkillik imtahanı verib; 2006-2007-ci illərdə Tbilisi Siyasi Araşdırmalar Məktəbində təhsil alıb.
Yeni təyin olunmuş daxili işlər nazirinin müavininin həm dövlət, həm də özəl sektorda uzun illər iş təcrübəsi var”. – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.