Şalva Tadumadze - baş nazir xalq müdafiəçisi və vəkillərlə bərabər zərərçəkmişin ailəsini gözləyir
Baş nazir ilə görüşdə yalnız zərərçəkmişin ailəsi və vəkillər olacaqlar, siyasətçilər iştirak etməyəcəklər, – bu haqda Gürcüstanı Dövlət Administrasiyasının rəhbəti Şalva Tadumadze, Dövlət Aministrasiyası qarşısında bəyan etdi.
” Baş nazir xalq müdaiəçisi və vəkillərlə bərabər zərərçəkmişin ailəsini gözləyir “, – Tadumadze bəyan etdi.
Tadumadze, Administrasiya yaxınlığında olan övladları vəfat edən valideynlərlə söhbət etdi.
Xorava küçəsində öldürülmüş həddi buluğa çatmamış şəxsin atası, Zaza Saralidze administrasiya qarşısındadı və bəyan edir ki, baş nazirlə yalnız görüşməyi planlamır və bir saat cavab gözləyəcək.
Dövlət Administrasiyasına xalq müdafiəçisi Nino Lomjaraia da artəq gedib.
Biraz əvvəl, Dövlət Administrasiyasına eləcə də Zviad Kuprava getdi. O, bəyan etdi ki, Zaza Saralidze ona zəng edib xahiş etdi ki, Dövlət Administrasiyasına övladı öldürülmüş valideynlərlə bərabər Dövlət Administrasiyasına gəlim. Orada digər siyasətçilər də var.
Xorava küçəsində öldürülmüş həddi buluğa çatmamış şəxslərdən birinin atası Zaza Saralidze dünən Parlament binası qarşısında aksiyada qeyd etdi ki, Gürcüstanın baş naziri ilə görüşməyi planlayır. Dövlət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, Qiorqi Kvirikaşvili siyasi qərəzli şəxslərdən kənar, Xorava küçəsində öldürülmüş həddi buluğa çatmamış şəxslərin valideynləri ilə görüşməyə hazırdı.