Şalva Papuşavili - Kiyevə gürcü millət vəkilləri ilə birlikdə gəldim ki, Ukraynaya Gürcüstanın ismarıcını çatdıram, Gürcüstan Ukraynayı dəstəkləyir
Gürcüstan Parlamentinin spikeri, Şalva Papuaşvili Parlament nümayəndə heyətinin Ukraynaya səfəri ilə bağlı “tvitter” səhifəsində yazır.
“Kiyevə gürcü millət vəkilləri ilə birlikdə gəldim ki, Ukraynaya Gürcüstanın ismarıcını çatdıram: biz sizin kədərinizlə paylaşırıq. Gürcüstan Ukraynayı dəstəkləyir. Gürcülər Ukraynalılar ilə birlikdədilər”, – Şalva Papuaşvili yazır.
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvilinin rəhbərlik etdiyi Parlament nümayəndə heyəti Kiyevdədir. Parlament nümayəndə heyəti Ukraynaya dünən getdi. Nümayəndə heyətinə Gürcüstan Parlamentinin vitse-spikerləri – David Sergeenko, Arçil Talakvadze və Levan İoseliani daxildir. Həmçinin, Parlamentin Diaspor və Qafqaz Məsələləri Komitəsinin sədri Beka Odişariya, “Lelo” partiyasının üzvü Ana Natsvlişvili, “Qirçinin” üzvü Vaxtanq Meqrelişvili, “Respublikaçı” Xatuna Samnidze və “Gürcüstan Naminə” partiyasının üzvü Giorgi Xocevanişvili daxildir.