Şalva Papuaşvilinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Ukraynaya yola düşüb
Şalva Papuaşvilinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Ukraynaya yola düşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Ukraynaya yola düşüb.

Səkkiz deputatdan ibarət nümayəndə heyətinə Gürcüstan parlamentinin vitse-spikerləri Davit Serqeenko, Arçil Talakvadze və Levan İoseliani daxildir. “Lelo”-nun üzvü Ana Natsvlişvili, “Qirçi”-nin üzvü Vaxtanq Meqrelişvili, “Respublikaçılar”-ın üzvü Xatuna Samnidze və “Gürcüstan Naminə” partiyasının üzvü Qiorqi Xocevanişvili də həmçinin nümayəndə heyətinin tərkibindədir.

Nümayəndə heyətinin üzvlərinin sözlərinə görə, onlar Ukraynaya gürcü xalqı adından bir daha ukraynalı dostlara həmrəylik ifadə etmək üçün gedirlər.

Bununla yanaşı, parlament sədrinin Ukraynaya səfəri zamanı “Milli Hərəkat” və “Avropalı Sosialistlər”-in nümayəndələri qrupun tərkibində deyillər.