Şalva Papuaşvilinin rəhbərliyi ilə Gürcüstan parlamentinin nümayəndə heyətinin Yaponiyanın paytaxtına işgüzar səfəri başlayıb
Gürcüstan parlamentinin nümayəndə heyətinin Yaponiyanın paytaxtına işgüzar səfəri başlayıb. Nümayəndə heyətinə parlamentin sədri Şalva Papuaşvili rəhbərlik edir.
Səfər çərçivəsində gün ərzində Yaponiyanın Nümayəndələr Palatasının və Aşağı Palatasının rəhbərləri ilə görüşlər keçiriləcək.
“Bu gün Yaponiyanın Nümayəndələr Palatasında keçirilən görüşlər bir neçə məqsədə xidmət edir. Bu, ilk növbədə, parlamentlərarası əməkdaşlığın dərinləşməsidir. Əsas məsələlərdən biri de-okupasiya siyasətinin dəstəklənməsi olacaq, bu illərdir yapon həmkarlar tərəfindən dəstəklənir, lakin bu istiqamətdə səylərin artırılması vacibdir. Təbii ki, iqtisadi əlaqələrdən, turizmdən, idmandan, eləcə də ölkəmiz üçün vacib olan təhsil sahəsində əməkdaşlıqdan danışacağıq. Əlbətdə ki, regionda mövcud geosiyasi vəziyyət və regionumuzun və o cümlədən ölkəmizin üzləşdiyi çağırışlardan danışacağıq”- deyə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.