Şalva Papuaşvilinin rəhbərlik etdiyi Parlament nümayəndə heyəti Kiyevdədir
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvilinin rəhbərlik etdiyi Parlament nümayəndə heyəti Kiyevdədir.
Gürcüstanın Birinci Kanalının Kiyevdən müxbirinin verdiyi məlumata görə, nümayəndə heyətinin üzvləri ilk görüşü Radada keçirəcəklər.
Parlament nümayəndə heyəti Ukraynaya ötən gün getdi. Nümayəndə heyətinə Gürcüstan Parlamentinin vitse-spikerləri – David Sergeenko, Arçil Talakvadze və Levan İoseliani daxildir. Həmçinin, Parlamentin Diaspor və Qafqaz Məsələləri Komitəsinin sədri Beka Odişariya, “Lelo” partiyasının üzvü Ana Natsvlişvili, “Qirçinin” üzvü Vaxtanq Meqrelişvili, “Respublikaçı” Xatuna Samnidze və “Gürcüstan Naminə” partiyasının üzvü Giorgi Xocevanişvili daxildir.