Şalva Papuaşvili - Yunkerlərin Anım Günü gürcü xalqının heç vaxt kiminsə tabeçiliyində olmaqla, işğal olunmuş ölkə olmaqla barışmayacağını hər zaman bizə xatırladır
Şalva Papuaşvili - Yunkerlərin Anım Günü gürcü xalqının heç vaxt kiminsə tabeçiliyində olmaqla, işğal olunmuş ölkə olmaqla barışmayacağını hər zaman bizə xatırladır

 
Bu gün sovet işğalına müqavimət göstərən və Qırmızı Orduya qarşı döyüşlərdə həlak olmuş yunkerlərin, gənc oğlan və qızların xatirəsinin ehtiramla yad edilməsi günüdür-bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

O bildirib ki, bu gün gürcü xalqının heç vaxt kiminsə tabeçiliyində olmaqla, işğal olunmuş ölkə olmaqla, bir hissə və əyalət sayılan ölkə olmaqla barışmayacağını hər zaman bizə xatırladır.

“Bu səbəbdən gürcü xalqında bu mübarizə istəyi və ruhu həmişə var. Bugünkü gün bizə ərazilərimizin bu gün də işğalını xatırladır. Bu işğal bu günə qədər davam edir və yunkerlərin işğala qarşı fədakar mübarizəsini, əlbəttə ki, unutmamalıyıq və ölkəmizin birliyi ilə sonlanacaq Gürcüstanın işğaldan tam azad edilməsi işini sona çatdırmalıyıq” – Şalva Papuaşvili açıqlayıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, paytaxtın meri Kaxa Kaladze, qanunverici və icraçı hakimiyyətin nümayəndələri parlamentin sədri Şalva Papuaşvili ilə birlikdə ölkənin ali qanunverici orqanının həyətində yunkerlərin xatirəsini ehtiramla yad ediblər. Onlar yunkerlərin abidəsini əklillə bəzəyiblər.

1921-ci ilin fevralında Rusiyanın Qırmızı Ordusu ilə qeyri-bərabər döyüşdə yunkerlərin böyük bir hissəsi həlak oldu. Döyüşlərin əsas hissəsi Kocori və Tabaxmela ərazilərində gedirdi. 1921-ci ilin fevralın 25-də Sovet Rusiyasının 11-ci Qırmızı Ordusu Tbilisini ələ keçirdi və Gürcüstan Demokratik Respublikasını işğal etdi.