Şalva Papuaşvili Yunanıstan səfiri ilə görüşdü
Şalva Papuaşvili Yunanıstan səfiri ilə görüşdü

Parlamentin sədri? Şalva Papuaşvili Yunanıstan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri? Mariya Teodoru ilə görüşdü.

Şalva Papuaşvili ölkələr arasında çoxəsrlik tarixi-mədəni əlaqələri və ikitərəfli səmərəli əməkdaşlığı xüsusilə vurğuladı. Parlamentin sədri Yunanıstana Gürcüstanın ərazi bütövlüyünə, Avropa və Avroatlantik strukturlarına cəhdlərinə verdiyi dəstəyinə görə, minnətdarlığını bildirdi.

Görüşdə Gürcüstanın Avropa İttifaqına üzvlük bəyanatına xüsusi diqqət yetirildi. Avropa İttifaqına üzvlük yolunda Parlamentin rolu və bununla bağlı Parlament sədrinin planları, xüsusilə Gürcüstan qanunvericiliyini Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşdırmalı olan islahatlar vurğulandı.

Görüşdə Rusiyanın Ukraynaya cari aqressiyası müzakirə olundu. Parlamentin sədri Gürcüstanın ikitərəfli və çoxtərəfli formatda Ukraynaya dəstəyindən söhbət etdi.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.