Şalva Papuaşvili Yaponiyanın Nümayəndələr Palatasının sədri ilə görüşüb
Şalva Papuaşvili Yaponiyanın Nümayəndələr Palatasının sədri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Yaponiyanın Nümayəndələr Palatasının sədri Hiroiuki Hosoda ilə görüşüb.

Görüşdə bu il Gürcüstan və Yaponiya arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunması faktı vurğulanıb, son illərdə Gürcüstan-Yaponiya münasibətlərinin yüksələn dinamikası müsbət qiymətləndirilib.

Şalva Papuaşvili Yaponiyanın Gürcüstanın ərazi bütövlüyünə , Gürcüstanın BMT-yə təqdim etdiyi qətnamələrin birgə sponsorluğuna və işğal olunmuş bölgələrin tanınmamasına güclü dəstək verdiyinə görə minnətdarlığını bildirib.

Görüşdə Rusiyanın Ukraynaya qarşı təcavüzü və onun geosiyasi və sosial-iqtisadi nəticələrinə toxunulub. Hər iki tərəf beynəlxalq hüququn fundamental prinsiplərinə və nizam-intizama əsaslanmış beynəlxalq nizama hörmət edilməsinin zəruriliyini vurğulayıb.

Tərəflər parlament əməkdaşlığını müzakirə edərək, dostluq qrupları və sahə komitələri arasında əlaqələrin dərinləşdirilməsi barədə razılığa gəliblər.

Görüş Şalva Papuaşvilinin və parlament nümayəndə heyətinin Yaponiyaya cari işgüzar səfəri çərçivəsində baş tutub.

Parlament nümayəndə heyətinin tərkibinə Mamuka Mdinaradze, Şota Xabareli və İrakli Mezurnişvili, həmçinin parlament sədrinin kabinet rəhbəri Levan Maxaşvili daxildir.