Şalva Papuaşvili Yaponiyanın xarici işlər parlament vitse naziri ilə görüşüb
Şalva Papuaşvili Yaponiyanın xarici işlər parlament vitse naziri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Yaponiyanın xarici işlər parlament vitse naziri Uumi İoşikava ilə görüşüb.

Şalva Papuaşvili Yaponiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə, eləcə də BMT Baş Assambleyasında Gürcüstanın işğal olunmuş bölgələrindən olan qaçqın və məcburi köçkün şəxslərə dair qətnaməni dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Tərəflər Gürcüstan və Yaponiya arasında iqtisadiyyat, ticarət, xalqlar arasında münasibətlər sahələrində səmərəli əməkdaşlıqdan danışıblar. Şalva Papuaşvili Gürcüstanın strateji coğrafi mövqeyinə və bu kontekstdə ölkənin tranzit imkanlarına və əlverişli investisiya mühitinə diqqət çəkib.

Bu il Gürcüstan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu faktı da vurğulanıb.

Görüş Şalva Papuaşvilinin və onu müşayiət edən nümayəndə heyətinin Yaponiyaya davam edən işgüzar səfəri çərçivəsində baş tutub.

Parlament nümayəndə heyətinin tərkibinə Mamuka Mdinaradze, Şota Xabareli və İrakli Mezurnişvili, həmçinin parlament sədrinin kabinetinin rəhbəri Levan Maxaşvili daxildir.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.