Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili nümayəndə heyəti ilə birlikdə noyabrın 5-12-də Yaponiya və Koreya Respublikasına səfər edəcək.
Parlamentin sədri Yaponiyanın Nümayəndələr Palatasının sədri Hiroyuki Hosoda, Aşağı (Nümayəndələr) Palatasının Xarici Komitəsinin sədri Hitoşi Kikavada, Xarici İşlər nazirinin parlamentdəki müavini Uumi Yosikava və Koreya Respublikası Milli Assambleyasının sədri Kim Çin-Pyo görüşlər keçirəcək.
Yaponiya-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilməsi nəzərdə tutulub.
Səfər çərçivəsində parlament sədri nümayəndə heyəti ilə birlikdə biznes sektorunun nümayəndələri ilə görüşəcək.
Parlament nümayəndə heyətinə : Mamuka Mdinaradze, Şota Xabareli, İrakli Mezurnişvili, həmçinin parlament sədrinin kabinetinin rəhbəri Levan Maxaşvili daxildir.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.