Şalva Papuaşvili - Yaponiya ilə Gürcüstan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm basıb
Parlament nümayəndə heyətinin Yaponiyaya səfəri olduqca məhsuldar idi-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
Şalva Papuaşvilinin qeyd etdiyi üzrə, bu səfər Yaponiya ilə Gürcüstan arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyması baxımından vaxtında olub.
“Ölkələr arasında investisiyaların qorunması sazişi, birgə kredit mexanizmi haqqında saziş bağlanıb ki, bu da Gürcüstandakı yapon investisiyalarını təşviq edir. Bizim artıq böyük investorlarımız var və bu əlaqələri dərinləşdirmək vacibdir. Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsi nəticəsində regionda mövcud xüsusi təhlükəsizlik çağırışlarından irəli gələrək, siyasi əməkdaşlıqdan danışdıq. Avropanın Asiya ölkələrindən alternativ yollarla enerji resursları və digər resurslar baxımından təmin olunması üçün Gürcüstanın yerləşdiyi Avropa ilə Asiya arasındakı dəhlizdə sülhün qorunmasının vacibliyinə toxunduq. Parlament əməkdaşlığı ilə bağlı çox intensiv söhbətimiz oldu. Parlament Dostluq Qruplarının fikir mübadiləsi və əməkdaşlıq imkanlarının olması vacibdir. Xarici işlər nazirinin tezliklə Yaponiyaya səfər edəcəyi də vacibdir.
Düşünürəm ki, sonda bu səfərlərlə ölkələr arasında əlaqələr olduqca möhkəmlənəcək, xüsusən də Yaponiyanın Gürcüstan iqtisadiyyatında iştirak baxımından göstərdiyi xüsusi marağa bu aid olacaq” -deyə Papuaşvili bildirib.