Şalva Papuaşvili - yaxşılaşmış anti-korrupsiya göstəriciləri ilə Gürcüstan Avropanın beş ən yaxşı ölkəsi arasındadır
Şalva Papuaşvili - yaxşılaşmış anti-korrupsiya göstəriciləri ilə Gürcüstan Avropanın beş ən yaxşı ölkəsi arasındadır

 

2022-ci ilin Korrupsiya Qavrama İndeksinə görə, Gürcüstan qlobal miqyasda 41-ci yerdədir və ilk dəfə olaraq Avropanın ən yaxşı 20-liyinə daxildir – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili öz “Twitter” səhifəsində yazır.

Papuaşvili yaxşılaşmış anti-korrupsiya göstəriciləri ilə Gürcüstanın Avropanın beş ən yaxşı ölkəsi arasında olduğunu bildirib.

“Gürcüstan Çexiya, İtaliya və Sloveniya ilə eyni göstəriciyə malikdir, doqquz Aİ üzvü və bütün namizəd ölkələri qabaqlayır. Həmçinin, yaxşılaşmış anti-korrupsiya göstəriciləri ilə Gürcüstan Avropanın beş ən yaxşı ölkəsi arasındadır” -deyə Papuaşvili yazır.