Şalva Papuaşvili - Xüsusi İstintaq Xidmətinin müstəqil mövcudluğu vətəndaşlarımızın hüquqi statusunun yaxşılaşdırılmasına xidmət edir
Mən Xüsusi İstintaq Xidmətinə uğurlar arzulamaq istərdim, parlamentin onun institusional möhkəmlənməsinə dəstəyini təsdiqləyirəm. Bu xidmətin uğur nümayiş etdirməsinin vacib olduğunu hesab edirəm – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Xüsusi İstintaq Xidmətinin fəaliyyətinin və gələcək planlarının təqdimatında çıxışı zamanı bildirib.
“Bu xidmətin uğurlu olması və başlanğıcda mövcud olan və ola bilsin hələ də qalan skeptisizmi aradan qaldırması vacibdir; Qoy bütövlükdə cəmiyyətimiz əmin olsun ki, belə bir qurumun ayrıca və müstəqil şəkildə mövcudluğu yalnız işlərə yarayacaq və sonda bu, vətəndaşlarımızın hüquqi vəziyyətinin yaxşılaşmasına xidmət edəcək” – deyə Şalva Papuaşvili bildirib.
Parlamentin sədri Xüsusi İstintaq Xidmətinin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, insanların hüquqi vəziyyətinin yaxşılaşdırılması istiqamətində xidmətin rolu çox böyükdür. Şalva Papuaşvili xidmətin institusional gücləndirilməsinin vacibliyinə diqqət yetirib. O , parlamentdə bu istiqamətdə iş aparıldığını və həm xüsusi istintaq, həm də fərdi məlumatların mühafizəsi xidmətinin institusional baxımdan gücləndirilməsi ilə bağlı ideyaların olduğunu açıqlayıb.
“Müstəqil istintaq xidmətinin mövcudluğu həmçinin assosiasiya sazişinin tərkib hissəsidir və ümumiyyətlə bu istiqamətin müstəqil şəkildə ayrılmasını şərtləndirən səbəb məhz bu idi. Xüsusi İstintaq Xidmətinin fəaliyyətinin gücləndirilməsi 12 tövsiyədən biridir. Parlamentdə bu istiqamətdə iş aparılır və bu xidmətin Fərdi Məlumatların Mühafizəsi Xidməti kimi institusional olaraq necə gücləndirilə biləcəyi ilə bağlı ideyalar var. Dövlət Müfəttişliyi Xidməti islahatı aparılarkən, xüsusi istintaq və məlumatların mühafizəsi xidmətlərinin ayrılması bu islahatın uğurlu olduğunu göstərdi. Bu məsələ ilə bağlı müxtəlif tərəflərdən müzakirələrin aparıldığını xatırlayırıq, lakin Fərdi Məlumatların Mühafizəsi Xidmətinin hesabatını görəndə, bu hesabat bizə xidmətin bu istiqamətdə işləməsinin nə qədər vacib olduğunu göstərdi. Xidmətin müəyyən istiqamətdə fokuslandığını görürük. Bu, yekunda bu islahatın bir tərəfdən zəruri , digər tərəfdən isə uğurlu olduğunu bizə göstərdi” – deyə Şalva Papuaşvili bildirib.