Şalva Papuaşvili Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri Qordan Radman ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri Qordan Radman ilə görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına əsasən görüşdə bu il Gürcüstan və Xorvatiya Respublikası arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması faktına diqqət yetirilib. Bu baxımdan Gürcüstanın Xorvatiyada diplomatik nümayəndəlik açması müsbət qiymətləndirilib.
Şalva Papuaşvili Gürcüstan tərəfindən Aİ-nin 12 tövsiyəsinin yerinə yetirilməsinin gedişatından danışıb və Xorvatiyanın dəstəyinin və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
“İndi dəstəyinizə, təşviqinizə və məsləhətinizə ehtiyacımız var. Avropa Komissiyasının bu yaxınlarda dərc olunmuş hesabatını nəzərə alaraq, ümid edirik ki, Gürcüstan 2023-cü ilin sonunda namizəd statusunu alacaq”- deyə parlamentin sədri açıqlayıb.
“Biz bir-birimizi təcavüzkarlardan özünü müdafiə edən oxşar tarixə malik kiçik ölkələr kimi çox yaxşı başa düşürük. Xorvatiya Gürcüstanın Avropa istəklərini qətiyyətlə dəstəkləyir. Gürcüstan namizəd statusuna layiq idi və buna layiqdir”- deyə Qordan Radman açıqlayıb.
Tərəflər iki ölkə arasında parlament əlaqələrini müsbət qiymətləndiriblər, Gürcüstan və Xorvatiya arasında ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyə hazırlıq ifadə ediblər.
Xorvatiyanın xarici işlər naziri Gürcüstanda ilk dəfə rəsmi səfərdədir.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.