Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Xorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidməti tərəfindən verilən məlumatda görüşdə Gürcüstan və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın müzakirə edildiyi deyilir.Dostluq qrupları və sahə komitələri vasitəsilə parlament əlaqələrinin gücləndirilməsinin zəruriliyinə diqqət çəkilib.
“Şalva Papuaşvili Aİ-nin tövsiyələrinin yerinə yetirilməsi baxımından Gürcüstanın irəliləyişini də nəzərdən keçirib. Qordan Yandrokoviç Gürcüstanın Avropa İttifaqına daxil olması yolunda bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib.
Tərəflər həmçinin Avropa qitəsindəki çağırışları, o cümlədən Rusiyanın Ukraynaya təcavüzünü müzakirə ediblər.
Görüş Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Krım Beynəlxalq Platformasının birinci parlament sammiti çərçivəsində baş tutub.
Görüşdə parlamentinin sədri ilə birlikdə Gürcüstan nümayəndə heyətinin üzvləri, vitse-spiker Arçil Talakvadze və Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze iştirak ediblər”-deyə parlamentinin mətbuat xidmətinin məlumatında deyilir.