Şalva Papuaşvili Xorvatiya parlamentinin Avropa məsələləri üzrə komitəsinin üzvləri ilə görüşüb
Şalva Papuaşvili Xorvatiya parlamentinin Avropa məsələləri üzrə komitəsinin üzvləri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Xorvatiya Respublikasının parlamentinin Avropa məsələləri üzrə komitəsinin sədri Domaqoy Haydukoviç və komitə üzvləri ilə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidməti tərəfindən verilən məlumatda görüşdə Gürcüstan və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın aktivləşdirilməsinin və dərinləşdirilməsinin zəruriliyinin vurğulandığı deyilir. Parlament əlaqələrinin gücləndirilməsinə diqqət yetirilib. Bu baxımdan Gürcüstanın Xorvatiyada səfirliyinin açılması qərarı müsbət qiymətləndirilib.

Şalva Papuaşvili Gürcüstanın Aİ-nin tövsiyələrinin icrası baxımından irəliləyişindən danışıb.

Xorvatiya tərəfi Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına güclü dəstəyini ifadə edib və Xorvatiyanın təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.