Şalva Papuaşvili Xavyer Kolomina ilə görüşdü
Şalva Papuaşvili Xavyer Kolomina ilə görüşdü

Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, Xavyer Kolomina ilə görüşdü.

Gürcüstan Parlamentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan və NATO arasında uğurlu əməkdaşlıq müzakirə olundu.

Elə onların məlumatına görə, Şalva Papuaşvili NATO-ya Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirdi. Gürcüstanın qlobal təhlükəsizliyə verdiyi töhfələr və ölkənin Avroatlantik inteqrasiya yolunda irəliləyişləri də xüsusilə vurğulandı.

“Tərəflər həmçinin Rusiyanın Ukraynaya təcavüzünü və onun bölgə üçün ağır nəticələrini nəzərdən keçirdilər. Yeni geosiyasi reallığı nəzərə alaraq, Şalva Papuaşvili Gürcüstanın NATO-ya üzvlüyünün xüsusi əhəmiyyətindən danışdı və NATO-nun Madrid Sammitində Gürcüstanın tərəqqisinin etiraf olunmasına ümid etdiyini bildirdi. Alyansın xüsusi nümayəndəsi Cənubi Qafqaz bölgəsinin Şimali Atlantika təhlükəsizliyi üçün strateji əhəmiyyətini vurğuladı və Gürcüstanın NATO-nun dəyərli tərəfdaşı olduğunu qeyd etdi. Onun sözlərinə görə, NATO Gürcüstanla fəal əməkdaşlığı və demokratik islahatlara dsətk olmağı davam etdirəcək”, – məlumatda deyilir.