Şalva Papuaşvili Xavier Kolomina ilə görüşdü
Şalva Papuaşvili Xavier Kolomina ilə görüşdü

Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Şimali Atlantika Alyansının Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, Xavier Kolomina ilə görüşdü.

Şalva Papuaşvili NATO nümayəndəsinə Gürcüstanın NATO-ya inteqrasiyasını təşviq etmək üçün şəxsi səylərinə görə təşəkkür etdi. Sədr Gürcüstanın təhlükəsizlik problemlərindən danışdı və qeyd etdi ki, mövcud geosiyasi vəziyyət fonunda Gürcüstanın NATO-ya daxil olmaq yolunda irəliləyişi son dərəcə vacibdir.

Xavier Kolomina Gürcüstan və NATO arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirdi. Onun dediyinə görə, Gürcüstan NATO-nun dəyərli partnyrudur və NATO-nun Gürcüstanın ərazi bütövlüyünə dəstəyi sarsılmazdır. Şalva Papuaşvili Xavier Kolomina ilə Avropa İttifaqının 12 rekomendasiyasının icrasının gedişi barədə danışdı və ümidvar olduğunu bildirdi ki, Avropa Şurası ilin sonuna kimi Gürcüstana namizəd ölkə statusu verəcək.

Xavier Kolominanın sözlərinə görə, Gürcüstanın demokratik islahatların həyata keçirilməsində irəliləyişi alqışlanasıdır. O, qeyd etdi ki, NATO Gürcüstanı dəstəkləməyi davam etdirəcək. Görüşdə Gürcüstan tərəfindən həmçinin Gürcüstanın NATO-dakı nümayəndəliyinin fövqəladə və səlahiyyətli səfiri, Viktor Dolidze və Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri, İrakli Beraiya da iştirak edirdilər.