Gürcüstan Parlamentinin vizitorlar proqramı çərçivəsindəParlament 2022-ci ildə 327 qrup və 5500-ə yaxın vizitor qəbul etdi, – bu barədə Parlamentin sədri, Şalva Papuaşvili plenar iclasda, Gürcüstan parlamentinin 2022-ci il üçün fəaliyyət hesabatını və 2023-cü il üçün fəaliyyət planını təqdim edərkən bəyan etdi.
Onun qeyd etdiyi kimi, bu il şagird və tələbələr üçün vizitorlar proqramı çərçivəsində vətəndaş təhsili mərkəzinin yaradılması nəzərdə tutulur.
“Hər bir vizitorun, xüsuilə də gənclərin Parlamentdə keçirdiyi vaxtın mümkün qədər dəyərli və yaddaqalan olması üçün, cari il vətəndaş təhsili mərkəzinin yaradılmasını planlaşdırırıq, hansı da şağird və tələbələr üçün xüsusi məkan olacaq. Yaş kateqoriyasına uyğunlaşdırlmış tədris modulları vasitəsilə. Onlar Parlament fəaliyyəti, dövlət quruluşu, demokratik dəyərlər barəsində daha çox öyrənmək imkanını əldə edəcəklər, simulasiya oyunlarında iştirakla və layihələr üzrə birgə işləməklə danışıqlar, komanda işi qabiliyyətini öyrənəcəklər”, – Şalva Papuaşvili bəyan etdi.