Şalva Papuaşvili - vətəndaş sektoru, QHT-nin tövsiyyələrin həyata keçirilməsi prosesinin ürpərtici tənqidçiləri deyil pərəstişkarı olmalarına ehtiyacımız var
Vətəndaş sektoru, QHT-nin tövsiyyələrin həyata keçirilməsi prosesinin ürpərtici tənqidçiləri deyil pərəstişkarı olmalarına ehtiyacımız var – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlayıb.
Papuaşvili bildirib ki, əgər onlar bunun ümumi iş olduğunu başa düşsələr, uğur qaçılmaz olacaq.
“Tövsiyələrin icrası ilə bağlı aralıq hesabata dair müzakirə apardıq. Ukrayna, Gürcüstan, Moldovanın templərini götürsək, görərik ki, eynidir. Orada da iki-üç tövsiyə yerinə yetirilmiş hesab edilib. Digər tövsiyələrdə prinsipcə əhəmiyyətli irəliləyiş var. Ən əsası, qeyri-hökumət sektoru da qeyd etdi ki, indiyədək, iyundan əvvəlki vəziyyətdən fərqli olaraq, bu aralıq hesabatla biz artıq Avropa İttifaqının nə gözlədiyi barədə konkret təəssürat yarada bilərik. Biz bu gözləntilərin üst-üstə düşməsi üçün Avropa İttifaqı ilə əlaqə saxlayırıq. Bizim kifayət qədər vaxtımız var. Bu gün də biz ideyalar eşitdik, bu ideyalar ətrafında müzakirələr aparacağıq. Gürcüstan “üçlük”də lider ölkə olaraq ötən il olduğu kimi, iyun ayında gürcü xalqının və Avropa İttifaqının qarşısında alnıaçıq idi. Lakin siyasi qərar səbəbilə o zaman ədalətsizliyə məruz qaldı, bu il də gürcü xalqı qarşısında alnıaçıq olacaq. Əsas odur ki, ədalətsiz qərara görə haqqımız yeyilməsin. Biz təkcə Ukrayna və Moldova ilə deyil, həm də dekabrda status almış Bosniya-Herseqovina ilə müqayisədə lider idik və qalırıq. Vətəndaş sektoru, QHT-nin tövsiyyələrin həyata keçirilməsi prosesinin ürpərtici tənqidçiləri deyil pərəstişkarı olmalarına ehtiyacımız var. Əgər onlar da başa düşsələr ki, bu, bizim ümumi işimizdir, o zaman əlbəttə ki, uğur qaçılmaz olacaq”- deyə Papuaşvili açıqlayıb.