Şalva Papuaşvili - vətəndaş birliyi üçün cəmiyyətin bütün qruplarının ictimai həyatda iştirakı vacibdir
Vətəndaş birliyi üçün cəmiyyətin bütün qruplarının ictimai həyatda iştirakı vacibdir və bu baxımdan təhsilə çıxış və dövlət dilinin tədrisi xüsusi əhəmiyyət kəsb edir -bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Təhsil və Elm Komitəsinin tematik araşdırmalarının yekun hesabatının təqdimatında çıxışı zamanı danışıb.
Papuaşvili cəmiyyətin dayanıqlı, vahid, harmonik olması üçün dayanıqlılığın təmin edilməsi alətlərindən birinin məhz çatımlılıq olduğunu bildirib.
Bununla yanaşı, Şalva Papuaşvili Təhsil və Elm Komitəsinin parlament nəzarəti alətindən istifadə etməkdə aktiv olmasının vacib olduğunu söyləyib. Həmçinin, parlament sədri tematik araşdırmalar nəticəsində verilən tövsiyələrin də vacib olduğunu bildirib.
“Parlament və Təhsil Nazirliyinin etnik azlıqların keyfiyyətli təhsilə çıxışı baxımından siyasətinin nə dərəcədə effektiv olduğunu, hansı düzəlişlərə ehtiyac olduğunu və hansı kəşflərin olduğunu yoxlamaq üçün dərin tədqiqat bu səbəbdən vacibdir . Komitənin artıq parlament nəzarəti kontekstində bu tövsiyələrin icrasına və praktikaya keçirilməsinə nəzarət etməsi vacibdir və biz parlament icraçı hakimiyyət orqanları ilə birlikdə hazırlanmış tövsiyələrin həyata keçirilməsinin qayğısına qalırıq”- deyə Şalva Papuaşvili bildirib.
Parlamentin sədri məhsuldar fəaliyyətə görə Təhsil və Elm Komitəsinə, tədqiqatlara göstərdiyi köməyə görə Milli Demokratiya İnstitutuna təşəkkür edib.
“Bir daha məhsuldar fəaliyyətə görə Təhsil və Elm Komitəsinə dərin təşəkkürümü bildirirəm. Bunun, təkcə kabinet araşdırması deyil, həm də komitənin müvafiq tematik tədqiqat qrupunun prosesdə iştirak edən insanlarla görüşməsi, istər dövlət dilinin tədrisi, istərsə də ümumiyyətlə çatımlılıq məsələsi olsun, yerindəcə müxtəlif məsələlərlə tanış olmaq üçün ələxsus da Milli Demokratiya İnstitutuna belə bir mövzunun öyrənilməsi zamanı imkan yaratdığına görə təşəkkür etmək istərdim “- deyə Şalva Papuaşvili bildirib.