Parlamentin sədri, Şalva Papuaşvili Vestminster Fondunun (Westminster Foundation for Democracy) icraçı direktoru, Entoni Smit ilə görüşdü.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Gürcüstan Parlamenti ilə Vestminster Fondu arasında səmərəli əməkdaşlıq əlaqələri nəzərdən keçirildi.
Elə onların məlumatına görə, Şalva Papuaşvili fondun direktoruna Gürcüstanda parlament demokratiyasına, o cümlədən parlamentin nəzarət funksiyasının gücləndirilməsinə və vətəndaşların qanunvericilik prosesinə cəlb edilməsinin təkmilləşdirilməsinə görə təşəkkürünü bildirdi.
Tərəflər həmçinin, gələcək əməkdaşlığın perspektivlərini də müzakirə etdilər.
Görüş Şalva Papuaşvilinin və nümayədə heyətinin Birləşmiş Krallığına rəsmi səfər çərçivəsində baş tutdu. Gürcüstan Parlamentinin nümayəndə heyətinə deputatlar: Nikoloz Samxaradze, Nino Silosani, Giorgi Xelaşvili və Teona Akubardia, həmçinin Parlament sədri kabinetinin rəhbəri, Levan Maxaşvili daxildir.