Şalva Papuaşvili Venesiya Komissiyasının Prezidentinə “Xarici təsirin şəffaflığı haqqında” və “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihələri ilə bağlı rəy hazırlamaq xahişi ilə müraciət edib
Şalva Papuaşvili Venesiya Komissiyasının Prezidentinə “Xarici təsirin şəffaflığı haqqında” və “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihələri ilə bağlı rəy hazırlamaq xahişi ilə müraciət edib

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Şurasının Venesiya Komissiyasının Prezidenti Kler Bazi Maloriyə məktub göndərərək, ondan Gürcüstan parlamentinə təqdim edilmiş iki qanun layihəsi-“Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyatı” haqqında rəy hazırlamağı xahiş edir.

“Gürcüstan regional təhlükəsizliyin dəyişən mürəkkəb mühitində yerləşir. Belə bir şəraitdə dövlət qurumları tərəfindən reaksiya tələb edən yeni və vacib məsələlər ortaya çıxır. Sözügedən məsələnin effektiv həlli üçün həm bütün maraqlı tərəflərin yüksək şəffaflıq standartlarına və hesabatlılığına, eləcə də təhlükəsizlik çağırışlarının daha ciddi dərk edilməsinə ehtiyac var.

Bu baxımdan, Gürcüstan parlamenti Gürcüstanda fəaliyyət göstərən qeyri-kommersiya/qeyri-sahibkar təşkilatlar üçün yeni tənzimləmələrin qəbul edilməsi haqqında qərar qəbul edib. Parlamentə iki qanun layihəsi – “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyatı haqqında” təqdim edilib. Qanun layihələri qeyri-kommersiya/qeyri-sahibkar təşkilatların, o cümlədən xarici maliyyələşdirmənin minimum zəruri şəffaflığını və hesabatlılığını təmin etmək məqsədi daşıyır.

Gürcüstanın Aİ üzvlüyü yolunda irəliləyiş əldə etməsi ilə birlikdə, biz bir tərəfdən şəffaflıq və təhlükəsizliyin qanuni məqsədləri, digər tərəfdən vətəndaş cəmiyyətinin hüquq və azadlıqları arasında ən yaxşı tarazlığı təmin etmək üçün beynəlxalq tərəfdaşlarımızla işləməyə can atırıq.

Onilliklərlə davam edən tərəfdaşlığımızın ruhuna müvafiq olaraq, biz Venesiya Komissiyasından əlavə edilmiş qanun layihələri üzrə hüquqi rəy hazırlamağı xahiş edirik.

Xanım Prezident, qeyd olunan məsələ ilə bağlı sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”-deyə parlamentin mətbuat xidməti tərəfindən Şalva Papuaşvilinin yayılmış məktubunda deyilir.