Şalva Papuaşvili Venesiya Komissiyasının prezidentinə məktubla müraciət edir və 12 tövsiyənin yerinə yetirilməsi üçün qəbul olunan sənədlərin hüquqi cəhətdən qiymətləndirilməsini xahiş edir
Şalva Papuaşvili Venesiya Komissiyasının prezidentinə məktubla müraciət edir və 12 tövsiyənin yerinə yetirilməsi üçün qəbul olunan sənədlərin hüquqi cəhətdən qiymətləndirilməsini xahiş edir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Venesiya Komissiyasının prezidenti Kler Baz Mellora məktubla müraciət edir və 12 tövsiyənin yerinə yetirilməsi üçün qəbul edilmiş qanunların, qanun layihələrinin və deoliqarxizasiya üzrə fəaliyyət planının qiymətləndirilməsini xahiş edir.

Məktubda qeyd olunduğuna əsasən, Avropa İttifaqı tərəfi ilə əldə olunmuş razılıq əsasında 12 tövsiyənin yerinə yetirilməsi məqsədilə Gürcüstan parlamentində baxılan qanun layihələri, habelə Gürcüstan hökuməti tərəfindən hazırlanmış Gürcüstanın siyasi, iqtisadi və ictimai həyatda maraqların həddindən artıq təsirinin qarşısının alınması üçün hazırlanmış tədbirlər planı Venesiya Komissiyasına göndərilir.

“Hörmətli xanım Prezident, 2022-ci ilin iyulunda Avropa Şurası Gürcüstana Avropa perspektivi verdikdən və namizəd statusu üçün 12 prioritet müəyyən etdikdən sonra Gürcüstan Avropa İttifaqının tövsiyələrini səylə yerinə yetirir.

Bunun nəticəsidir ki, Gürcüstanın İntitutları Parlamentin rəhbərliyi altında qanunvericiliyə dəyişikliklərin qəbulu və islahatların həyata keçirilməsi istiqamətində mühüm irəliləyişlərə nail olublar ki, bu da demokratiyanı və Avropa gündəmini daha da gücləndirib. Biz bu prosesdə əməkdaşlığı faydalı olan Venesiya Komissiyasına minnətdarıq.

Avropa Komissiyası Avropa İttifaqı tövsiyələrinin həyata keçirilməsində Gürcüstanın tərəfdaşı olub. Əlavə dəqiqləşdirmələr üçün onun müvafiq departamentləri ilə daim əlaqə saxlamışıq. Avropa İttifaqının Ali Nümayəndəsi Cozef Borrel və Avropa Komissiyasının yüksək vəzifəli rəsmilərinin Gürcüstana son səfəri Avropa Komissiyasının oktyabr qərarından əvvəl əlavə addımların atılması baxımından əhəmiyyətli idi. Xüsusilə, Avropa İttifaqı tərəfi ilə əldə edilmiş razılaşmaya əsasən, sizə aşağıdakı sənədləri Venesiya Komissiyasına göndəririk:

– Seçki Məcəlləsində və Milli Məclisin Reqlamentində həyata keçiriləcək dəyişikliklərin layihəsi;
– Xüsusi İstintaq Xidməti haqqında qanun;
– Fərdi Məlumatların Mühafizəsi Xidməti haqqında Fərdi Məlumatların Mühafizəsi Qanununun maddələri;
– Korrupsiyaya qarşı mübarizə haqqında Qanunun Korrupsiyaya Qarşı Mübarizə Bürosu ilə bağlı maddələri;
– “Ümumi məhkəmələr haqqında” Üzvi Qanunda tətbiq ediləcək dəyişikliklər layihəsi;
– Gürcüstanda siyasi, iqtisadi və ictimai həyatda maraqların həddindən artıq təsirinin qarşısını almaq üçün fəaliyyət planı.

Xanım Prezident, qeyd olunan məsələlərlə bağlı Venesiya Komissiyasının hüquqi rəyini hazırlamağınızı xahiş edirik”, – məktubda deyilir.