Şalva Papuaşvili - Venesiya Komissiyasının de-oliqarxizasiya haqqında Ukrayna qanunu üzərində işləməyə davam etdiyi barədə cavab aldıq
Şalva Papuaşvili - Venesiya Komissiyasının de-oliqarxizasiya haqqında Ukrayna qanunu üzərində işləməyə davam etdiyi barədə cavab aldıq

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Venesiya Komissiyasının de-oliqarxizasiya haqqında Ukrayna qanunu üzərində işləməyə davam etdiyini açıqlayıb.

Şalva Papuaşvilinin jurnalistlərə açıqladığı kimi, Gürcüstan səfirliyi vasitəsilə komissiyanın layihə üzərində işini davam etdirməsi barədə cavab alıblar.

“Heç nə geri çəkilməyib. İş davam edir və nəticə də mütləq olacaq. Cəmiyyətimizin bunu bilməsi vacibdir”-deyə Papuaşvili bildirib.

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan noyabrın 22-də bildirib ki, Ukrayna “De-oliqarxizasiya” qanununu Venesiya Komissiyasından geri götürüb və indiki mərhələdə nəticəni gözləmir.