Şalva Papuaşvili və Rumıniya Senatının prezidenti birgə bəyannamə imzalayıblar
Şalva Papuaşvili və Rumıniya Senatının prezidenti birgə bəyannamə imzalayıblar

 
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və Rumıniya Senatının prezidenti Nikolae Çuka birgə bəyannamə imzalayıblar. Məlumatı parlamentin mətbuat xidməti yayır.

Verilmiş məlumatda qeyd edildiyi üzrə, bəyannamə Gürcüstan parlamenti ilə Rumıniya Senatı arasında ümumi maraq doğuran sahələrdə dialoq və təcrübə mübadiləsini təşviq etmək məqsədi daşıyır.

“Bəyannamədə müntəzəm ikitərəfli səfərlərin həyata keçirilməsi, dostluq qrupları və sahə komitələri arasında əlaqələrin aktivləşdirilməsi, parlament əməkdaşlarının peşəkarlığının artırılması proqramlarının təklif edilməsi və s. daxil olmaqla parlamentlərarası əməkdaşlığın bir sıra istiqamətlər üzrə dərinləşdirilməsi nəzərdə tutulub.

Bəyannamədə Rumıniyanın Gürcüstanın ərazi bütövlüyünü, NATO və Avropa İttifaqına üzvlüyünü dəstəklədiyi, həmçinin Gürcüstana yardıma hazır olduğu təsdiqlənib”- deyə parlamentin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib.