Şalva Papuaşvili və parlamentin üzvləri Abxaziyanın işğal olunmuş ərazisindən cənazəsi gətirilmiş 20 nəfərin xatirəsini ehtiramla yad ediblər
Şalva Papuaşvili və parlamentin üzvləri Abxaziyanın işğal olunmuş ərazisindən cənazəsi gətirilmiş 20 nəfərin xatirəsini ehtiramla yad ediblər

 
Parlamentin sədri Şalva Papuaşvili və parlament üzvləri 1990-cı illərin silahlı toqquşmaları zamanı itkin düşmüş və Abxaziyanın işğal olunmuş ərazisindən cənazəsi gətirilmiş 20 nəfərin xatirəsini ehtiramla yad ediblər.

Üçlük katedralında mülki yas mərasimi keçirilib. Şalva Papuaşvili və deputatlar həlak olanların ailə üzvlərinə başsağlığı veriblər.

Kimliyi müəyyən edilmiş 20 nəfərin qalıqlarından 14-ü hərbçiyə, 6-sı isə mülki şəxsə məxsusdur.

Gürcüstanda 1990-cı illərin silahlı toqquşmaları və 2008-ci ilin avqust müharibəsi nəticəsində 2000-dən çox insan itkin düşmüş hesab olunur.