Şalva Papuaşvili və deputatlar Gürcüstandakı Ukrayna vətəndaşlarını ziyarət ediblər
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deputatlarla birlikdə Gürcüstanda olan Ukrayna vətəndaşlarına baş çəkib.
Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən uçuşların dayandırılmasından dolayı Gürcüstana kilsə, monastır və ziyarətgahları ziyarət etmək üçün gələn ukraynalı zəvvarlar vətənlərinə qayıda bilmirlər. Onların mehmanxanalara yerləşdirilməsi Gürcüstan hökuməti tərəfindən təmin edilib.
Şalva Papuaşvili, Levan İoseliani, Maka Bochorişvili və Qivi Mikanadze qrup üzvləri ilə Ukraynadakı vəziyyətlə bağlı danışıblar. Parlamentin sədri Gürcüstanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyini bir daha təsdiqləyib. Deputatlar Gürcüstan parlamenti adından qonaqlara hədiyyələr təqdim ediblər.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.