Şalva Papuaşvili və BMT İnkişaf Proqramının rəhbəri, Nik Beresford gələcək əməkdaşlığı müzakirə etdilər
Parlamentin sədri, Şalva Papuaşvili Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbəri, Nik Beresford ilə görüşdü. Məlumatı Parlamentin mətbuat xidməti yayır.
“Görüşdə Gürcüstan Parlamenti və BMTİP arasında mövcud əməkdaşlıq müzakirə olundu, Onlar BMTİP-in prioritetləri və gələcək parlament layihəsi barədə ətraflı söhbət etdilər.
Görüşdə tərəflər eləcə də Gürcüstan Parlamentinin planlarını və yaz sessiyasının gündəliyini müzakirə etdilər.
BMT-nin İnkişaf Proqramının rəhbəri Şalva Papuaşviliyə Parlamentlə sıx əməkdaşlığa hazır olduğunu təsdiqlədi”, – məlumatda qeyd olunur.