Şalva Papuaşvili - Vake parkında baş verən faciə hamımızı sarsıtdı, istintaq davam edir və bu faciəyə nəyin səbəb olduğu müəyyən olunacaq
Şalva Papuaşvili - Vake parkında baş verən faciə hamımızı sarsıtdı, istintaq davam edir və bu faciəyə nəyin səbəb olduğu müəyyən olunacaq

 

Tbilisinin Vake parkında baş verən bu faciə hamımızı sarsıtdı, mən ailənin, qohumların və dostların kədərini bölüşürəm – bu barədə parlamentin sədri Şalva Papuaşvili Vake parkında baş verən hadisə ilə bağlı açıqlayıb.

Papuaşvili istintaqın faciəyə nəyin səbəb olduğunu müəyyən edəcəyini bildirib.

“Biz gördük ki, istintaq gedir. Bu faciənin nədən baş verdiyi, kimin günahkar olduğu müəyyənləşəcək və müvafiq addımlar atılacaq. Təbii ki, aidiyyatı şəxslər cəzalandırılacaq. Bu, böyük faciədir və indi hamımızın dünyasını dəyişən uşağın ailəsinə dəstək olmağımız vacibdir” – deyə Papauşvili bildirib.

Mövcud məlumata görə, Vake parkında oynayarkən uşaqların topu fəvvarənin içərisinə düşüb, onu çıxararkən üç azyaşlını elektrik cərəyanı vurub. Onlardan ikisi Xeçinaşviliyə, biri isə İaşvili Klinikasına yerləşdirilib. Azyaşlılardan biri klinikada dünyasını dəyişib.

Baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi elektrik və ya istilik enerjisi , qaz, neft və ya neft məhsulları müəssisəsində təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci hissəsi ilə istintaq başladıb.