Şalva Papuaşvili USAID-in Gürcüstan Nümayəndəliyinin yeni təyin olunmuş direktoru ilə görüşdü
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Gürcüstan ofisinin yeni təyin olunmuş direktoru, Con Penel ilə görüşdü.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, Şalva Papuaşvili bu illər ərzində Gürcüstana göstərilən dəstəyə görə, Beynəlxalq İnkişaf Agentliyinə minnətdarlığını bildirdi. Eləcə də, Parlament sədrinin prioritetləri barədə danışdı və Avropa İttifaqı tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı Gürcüstanın tərəqqisini nəzərdən keçirdi.
Tərəflər Gürcüstan parlamenti ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi arasında gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə etdilər.
Con Penel USAID-in yeni proqramının prioritetləri ilə Parlamentin sədrini tanış etdi və Parlamentlə əməkdaşlığa hazır olduğunu bildirdi.
Şalva Papuaşvili Con Penelə yeni fəaliyyətində uğurlar arzuladı.
Görüşdə Avropa İttifaqının Gürcüstandakı səfiri, Kelli Deqnan iştirak edirdi.