Şalva Papuaşvili - ümumi dəyərlərə və maraqlara hörmət Gürcüstan-ABŞ strateji tərəfdaşlığının təməl daşıdır
Şalva Papuaşvili - ümumi dəyərlərə və maraqlara hörmət Gürcüstan-ABŞ strateji tərəfdaşlığının təməl daşıdır

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, ümumi dəyərlərə və maraqlara hörmətin Gürcüstan-ABŞ strateji tərəfdaşlığının təməl daşı olduğunu bildirir.

Bu barədə Papuaşvili Gürcüstan-ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümü münasibətilə yaydığı postda yazır.

“Bu gün biz Gürcüstan-ABŞ əməkdaşlığında mühüm mərhələni – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Ümumi dəyərlərə və maraqlara hörmət Gürcüstan-ABŞ strateji tərəfdaşlığının təməl daşıdır” -deyə Şalva Papuaşvili qeyd edir.