Şalva Papuaşvili - Ukraynaya humanitar yardım göstərilməsi baxımından Gürcüstan qabaqcıl ölkələrdən biridir, hökumət generatorların göndərilməsi məsələsini müzakirə edib və müvafiq addımlar atacaq
Ukraynaya humanitar yardım göstərilməsi baxımından Gürcüstan qabaqcıl ölkələrdən biridir, hökumət generatorların göndərilməsi məsələsini müzakirə edib və müvafiq addımlar atmağı planlaşdırır-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
“Hökumətin Ukraynaya generatorların göndərilməsi məsələsini müzakirə etdiyini gördük və digər hallarda olduğu kimi, Gürcüstan Ukraynaya humanitar yardımın göstərilməsi baxımından liderlərdən biridir. Burada da hökumətin müvafiq addımlar atmağı planlaşdırdığını gördük”-deyə Şalva Papuaşvili açıqlayıb.
İrakli Ğaribaşvilinin qərarına əsasən, humanitar yardım göstərmək üçün Ukraynaya generatorlar göndəriləcəyi ilə bağlı Hökumət Administrasiyası dekabrın 9-da bəyanat yayıb.