Ukraynanın Gürcüstandakı səfiri, İqor Dolqov hazırda Gürcüstan Parlamentindədir. O, Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili ilə görüşür.
Görüşdə Parlamentin AvrointeqrasiyaKomitəsinin sədri, Maka Boçorişvili də iştirak edir.
Ukrayna səfiri görüşdən əvvəl mətbuata bəyanat verməyib. Lakin görüş barədə Parlamentin sədri bu gün bəyanat verdi. Papuaşvili qeyd etdi ki, Ukrayna səfiri ilə görüşəcək və ondan Ukraynada gedən proseslərlə bağlı məlumat dinləyəcək.