Şalva Papuaşvili ukraynalı uşaqları qəbul edib- ümid edirəm sizə dost olan ölkəni görmək üçün Gürcüstana qayıdacaqsınız, Ukraynaya qələbə arzulayıram
Ümid edirəm sizə dost olan ölkəni görmək üçün Gürcüstana qayıdacaqsınız və Ukraynadan Gürcüstana azarkeşlik edəcəksiniz, Ukraynaya qələbə arzulayıram -bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanda qonaq olan ukraynalı uşaqların qəbul edilməsi üçün parlamentdə keçirilən tədbirdə bildirib.
“Bu günlərin sizin üçün sevindirici olduğuna ümid edirəm. Siz Gürcüstanla bağlı maraqlı tarixi məsələləri də öyrəndiniz, Gürcüstan mədəniyyətinin bir hissəsi ilə tanış oldunuz, həmyaşıdlarınızla ünsiyyət qurmaq imkanı əldə etdiniz. Dostluq belə yaranır. Ümid edirəm ki, sizə dost olan ölkəni görmək üçün Gürcüstana qayıdacaqsınız və hər zaman Ukraynadan Gürcüstanın azarkeşi olacaqsınız. Uşaqlarınızın hazırda bütün ukraynalı uşaqlar üçün vacib olan uşaq sevincini yaşamasını istədiyiniz ölkə kimi Gürcüstanı seçməyiniz bu dostluğun əlamətidir. Mən Ukraynaya qələbə arzulayıram” -deyə Papuaşvili bildirib.
Şalva Papuaşvili bildirib ki, ukraynalı uşaqların Gürcüstanda olması təkcə parlament diplomatiyasının aləti kimi parlament dostluq qrupları baxımından deyil, həm də insan münasibətlərinin dərinləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Parlamentin sədri uşaqların gətirilməsi və Gürcüstanda qalmalarının təşkilinə görə vitse-spiker Arçil Talakvadzeyə, Ukrayna Radasının deputatı Lyudmila Marçenkoya və Gürcüstan hökumətinə təşəkkür edib.
“Bu ukraynalı uşaqların Gürcüstana gələrək xoşbəxt günlər keçirmələrində ən böyük töhfəni cənab Arçilin özü verib, o, ideyanı nəinki aktuallaşdırıb, həm də təşkilatı işlərdə iştirak edib, bu qrupdan uzaqlaşmayıb , bu günləri onlarla keçirib və bu gün də onların lideri parlament binasındadır. Bundan irəli gələrək, ona və xanım Marçenkoya təşəkkür etmək istəyirəm.
Parlamentlər arasında dostluq qruplarından danışarkən, bu, əksər hallarda parlament diplomatiyasının alətidir, lakin bu konkret halda, Ukrayna və Gürcüstan parlamentlərinin dostluq qrupundan söhbət gedərkən – bu, təkcə parlament diplomatiyası və parlament dostluq qrupu deyil, bu həm də insani dostluq qrupudur və düşünürəm ki, onlar arasındakı insani və şəxsi dostluq bunu sübut edir. Bu gün bizi ziyarət edən bu gözəl uşaqlara görə onların hər ikisinə təşəkkür etmək istəyirəm” -deyə Şalva Papuaşvili bildirib.
Parlamentin qonaqları qarşısında vitse-spikerlər Arçil Talakvadze və Levan İoseliani də çıxış ediblər.
Ukrayna Radasının deputatı, Gürcüstan parlamenti ilə dostluq qrupunun həmsədri Lyudmila Marçenko ukraynalı uşaqları Gürcüstanda qəbul etdiklərinə görə gürcü həmkarlarına təşəkkür edib və qeyd edib ki, Gürcüstanın Ukraynaya və ukraynalı uşaqlara münasibəti iki ölkə arasında dostluğun aydın təsdiqidir.
Tədbirin sonunda Gürcüstan parlamenti adından ukraynalı uşaqlara xatirə hədiyyələri və parlamentin fəxri qonaqlarının sertifikatları təqdim olunub.
Ukraynalı qonaqlar üçün parlamentə ekskursiya təşkil olunub. Bu, gürcü tərəfinin dəvəti ilə Gürcüstana gələn ukraynalı uşaqların ikinci qrupudur. Ukraynalı uşaqların Gürcüstana gətirilməsi Gürcüstan parlamenti ilə Mədəniyyət, İdman və Gənclər Nazirliyinin birgə səyləri ilə həyata keçirilib.